“Bəzi lizinq şirkətləri vətəndaşın çətin vəziyyətindən sui-istifadə edir” – EKSPERTDƏN AÇIQLAMA - VİDEO

Son illərdə Azərbaycanda nəqliyyat vasitələrinin lizinq yolu ilə əldə edilməsi getdikcə daha populyarlaşır. Xüsusilə bahalaşan avtomobil bazarında vətəndaşlar birdəfəlik ödəniş etməkdə çətinlik çəkdiyindən, lizinq daha əlçatan bir alternativ kimi təqdim olunur. Bəs bu üsulla avtomobil almaq doğrudanmı sərfəlidir?
Lizinq - avtomobili uzunmüddətli icarəyə götürmək və müqavilə müddəti bitdikdən sonra onu almaq hüququ əldə etməkdir. Bu sistem həm hüquqi, həm də fiziki şəxslərə şamil edilir və əsasən aylıq ödənişlər, ilkin ödəniş və müqavilə şərtləri əsasında tənzimlənir.

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı “AzTV”yə müsahibəsində bildirib ki, Azərbaycanda lizinq sistemi hər zaman vətəndaşın maraqlarını nəzərə almır.
"İnsanlar illərlə pul yığır ki, avtomobil sahibi olsun. Nəticədə, bu məqsədinə çatmaq üçün lizinq şirkəti ilə razılaşaraq ilkin ödənişi verir, sonra isə aylarla ödəniş edir. Elə ailələr var ki, bir il, bəlkə də il yarım nizamlı şəkildə bu ödənişləri həyata keçirir. Amma həyatdır, hər an hər kəs maliyyə çətinliyi ilə üzləşə bilər. Təəssüf ki, bir çox lizinq şirkətləri bu hallara anlayışla yanaşmır, əksinə, yaranmış çətinlikdən sui-istifadə edərək avtomobili dərhal vətəndaşın əlindən alır".
Ekspert həmçinin qeyd edib ki, belə hallarda vətəndaşlara dəstək olmaq əvəzinə, maşınlar cərimə meydançalarına və ya lizinq şirkətlərinin dayanacaqlarına aparılır.
"Bugünkü reallıqda bir çox cərimə meydançalarında lizinq şirkətlərinin vətəndaşın əlindən alınmış avtomobillər günün altında, yağışın altında çürüyür. Halbuki, vətəndaşa alternativ təklif edilə bilər: məsələn, 400 manatlıq aylıq ödənişi müvəqqəti olaraq 200 manata endirib, müqavilə müddətini uzatmaq. Bu, həm sosial məsuliyyət, həm də müştəriyə hörmət deməkdir. Amma təəssüf ki, bir çox şirkətlər bu cür insanlıq halına anlayış göstərmir".
Digər tərəfdən, bəzi lizinq şirkətləri ilkin ödənişi sıfırla təqdim edərək alıcıları cəlb etməyə çalışır. Lakin bu zaman aylıq ödənişlər daha yüksək olur və uzunmüddətli perspektivdə ümumi xərclər arta bilər.

Hüquqşünas Ramil Süleymanovun fikrincə, lizinq müqaviləsi əslində üçtərəfli razılaşmadır. Bu müqavilənin tərəfləri məhsulun (yəni avtomobilin) satıcısı, lizinq verən və lizinq alan şəxslərdir.
"Lizinq alan şəxs məhsulu avtomobili protokol əsasında və rəsmi şəkildə qəbul edir. Bu protokol hüquqi sənəd sayılır və tərəflərin razılığı ilə təsdiqlənir. Bundan sonra lizinq alanın tam ixtiyarı var ki, əgər lizinq verən tərəfindən qanunsuz və əsassız davranışlar olarsa və nəticədə ona maddi zərər dəysə, bu hallarla bağlı məhkəməyə müraciət etsin”.
Hüquqşünas deyir ki, lizinq alıcısı hüquqi yollarla lizinq verənin qaydalara zidd addımlarına son verilməsini tələb edə və eyni zamanda dəymiş zərərin ödənilməsi üçün iddia qaldıra bilər.
“Bu mexanizm qanunla qorunur. Əgər vətəndaş öz hüququnu bilmirsə və ya qorxmadan istifadə etmirsə, bəzi lizinq şirkətləri bundan sui-istifadə edə bilər. Odur ki, hər bir lizinq alan öz hüquqlarını bilməli və lazımi anda hüquqi yolla qorumağa cəhd etməlidir".
Fidan
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











