Banner

Bibiheybət yolunda qəza: “Hyundai” beton maneəyə çırpıldı - VİDEO

Avtosfer TV 17 Oktyabr 2025 16:00 Oxunub 1308
Bibiheybət yolunda qəza: “Hyundai” beton maneəyə çırpıldı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Səbail rayonu, Bibiheybət yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza oktyabrın 17-də səhər saatlarında qeydə alınıb. Hərəkətdə olan “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb. Şahidlərin iddiasına əsasən, qəzanın əsas səbəbi sürücünün yağışlı havada yüksək sürətlə hərəkət etməsi olub. Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin avtomobilə maddi ziyan dəyib.

Yağışlı havalarda sürücülərdən sürəti azaltmaq, təhlükəsizlik məsafəsini geniş tutmaq, ani manevrlərdən qaçmaq, yol nişanlarına diqqət yetirmək və yolda nəm səthlərə qarşı ehtiyatlı olmaq tələb olunur. Belə hallarda bir anlıq diqqətsizlik yol qəzalarına səbəb ola bilər.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh