Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO

Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Avtosfer.az-a bildirib ki, polis əməkdaşları tərəfindən paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalar aparılır. Hadisəni törədən sürücünün müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür.
*** 22 yanvar, 12:00
Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində sürücü qəza törədərək hadisə yerini tərk edib.
Avtosfer.az-a zərərçəkmiş tərəfindən göndərilən videomaterialda bildirilib ki, hadisə yanvarın 17-də saat 18:00 radələrində Teymur Yaqubov küçəsində qeydə alınıb.
Belə ki, 99-GL-982 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü geriyə hərəkət edərkən 77-NY-254 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobilə çırpılıb.
Görüntülərdən aydın olur ki, sürücü qəzanı törətdikdən sonra hadisə yerindən uzaqlaşıb. Şikayətçinin iddiasına görə, qəza baş verməzdən əvvəl həmin sürücü onu ötərək xoşagəlməz davranışlar nümayiş etdirib, daha sonra isə onun önənə keçərək avtomobili arxa-arxaya sürüb.
Zərərçəkmiş xanım bildirib ki, hadisə zamanı avtomobildə iki azyaşlı övladı olub və qəza uşaqlarda ciddi qorxu yaradıb.
Nərmin
Kuryer qadın sürücünün qarşısını kəsib döydü, başqa sürücü də onu əzişdirdi - VİDEO
Sumqayıtda azyaşlı yolda təhlükə saçdı: Qorxulu anlar yaşandı - VİDEO
Xanım sürücü qazla tormozu səhv salıb 13 yaşlı uşağı vurdu - VİDEO
Yaşayış zonasında “hoqqa” verən yeniyetmə sürücü qəza törətdi - ANBAAN VİDEO
Qadın sürücü "Range Rover"i aşırdı; xəsarət alanlar var - Bakı-Qazax yolunda qəza – VİDEO
Binanın girişini bağlayan şəxs xanım sürücü imiş - Sakinlər maşınsız qaldı - VİDEO
Sürət yarışına çıxan sürücülər yolu bir-birinə qatdı - VİDEO
“Land Rover”lə toqquşmamaq üçün sürücü maşını bordürə çırpdı, sonra… - VİDEO
"Gelandewagen"də ad gününü qeyd edən azyaşlı tapıldı - ATASI CƏRİMƏLƏNDİ - VİDEO
Yol polisi yoxlamadan qaçan skuterli kuryeri yıxaraq saxladı - VİDEO
Yolayrıcında ağır qəza; yenə "Prius" - Günah kimdədir? – Ekspert İZAH ETDİ - VİDEO










