Binəqədidə sakinlər “KamAZ”ların səsindən yata bilmir - ŞİKAYƏT - VİDEO

Binəqədi rayonu sakinlərindən biri Avtosfer.az-a müraciət edərək Xırdalan dairəsi yaxınlığında yerləşən “Ot bazarı” kimi tanınan ərazidə mövcud problemdən şikayətlənib. Vətəndaş bildirir ki, burada yük avtomobillərinin qarajı deyilən bir ərazi var, həmin ərazidə böyük yük avtomobilləri - TIRlar, Shacmanlar, KamAzlar dayanır. Əvvəla həmin avtomobillərin bir çoxu yolun hərəkət hissəsində park edilir ki, bu da digər nəqliyyat vasitələrinin rahat hərəkətinə mane olur. Dəfələrlə həmin qarajın nümayəndələrinə, sürücülərə sakinlər tərəfindən irad bildirilsə də faydası olmayıb. Vətəndaş bildirir ki, qarajda iş səhər saat 6 radələrində başlayır, bu saatdan etibarən sürücülər maşınları işə salırlar. Əksəriyyəti vakkumla işlədiyi üçün hava yığana qədər 20-25 dəqiqə yüksək səslə işləyir, bu da pəncərəsi küçəyə tərəf olan mənzillərin sakinlərini ciddi şəkildə narahat edir. Evində xəstəsi, uşağı olan ailələr mövcud vəziyyətdən əziyyət çəkirlər. Məsələ ilə bağlı aidiyyatı qurumlara, sürücülərin özlərinə dəfələrlə müraciət olunmasına baxmayaraq nəticəsiz qalıb. Sakinlər ümid edir ki, bu müraciətdən sonra onların üzləşdiyi problem həllini tapacaq.
Nərminə Əli
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO
Vəsiqəni və avtomobili yeni alan sürücü qəza törətdi – Qazla tormozu səhv salıb - VİDEO
“Bolt” sürücü-sərnişin münasibətlərini necə tənzimləyir? – Şirkət nümayəndəsi AÇIQLADI - VİDEO











