Banner

“BMW” azyaşlını “zebra”da vurdu; 13 yaşlı oğlan dünyasını dəyişdi - VİDEO

Avtosfer TV 24 İyun 2020 13:23 Oxunub 1618
“BMW” azyaşlını “zebra”da vurdu;  13 yaşlı oğlan dünyasını dəyişdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda faktla bağlı araşdırmalara başlanılıb

Rusiyanın Krasnoyarsk şəhərində minik avtomobilinin yeniyetməni vurma görüntüləri təhlükəsizlik kameralarına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 23-də “Yarıqinsk” keçidində qeydə alınıb.

Kadrlarda, yeniyetmənin sanka sürə-sürə piyada keçidindən keçmək istədiyi və bu anda sürətlə hərəkətdə olan “BMW” markalı avtomobilin onu vurduğu görülür. Zərbənin təsirindən az yaşlı oğlan havada bir neçə dəfə fırlanaraq asfalta çırpılır.

Yerli KİV-in məlumata görə, 13 yaşlı oğlan aldığı xəsarətlərdən aparıldığı xəstəxanada  dünyasını dəyişib.

Polisin bildirdiyinə görə, yeniyetmə svetoforun qadağanedici siqnalında yolu keçməyə çalışıb.

Hazırda faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh