"BMW" sahibi avtomobilini istehsalçının ofisinin qarşısında yandırdı - VİDEO

Hadi Pürmöhseni ilk dəfə deyil ki, Bavariya istehsalçısına qarşı protest aksiyasını təşkil edir. Əlbəttə, hər kəs avtomobilindən narazı ola bilər, lakin, bu ona nəqliyyat vasitəsini ictimai yerdə yandırmaq hüququnu vermir. Beləliklə, Hadı Pürmöhseni BMW 7-Series sedanını BMW şirkətinin Münhendəki mənzil-qərargahının yaxınlığında yerləşən muzeyin məşhur nişanın yanında saxlayaraq od vurub. Avtosfer.az xəbər verir ki, Purmöhseni yandırmağı planlaşdırdığı avtomobili 8000 avroya alıb. “Mən bunu zövq almaq xatirinə etməmişəm, mən bu mənim BMW şirkətinə qarşı olan etirazımdır”, - Hadi bildirib. İstənilən halda, bu hərəkət ətrafdakılar tərəfindən müsbət qarşılanmayacaq. Ən azından, yanğın zamanı havaya atılan toksik maddələrdən kimsə məmun olmayacaqdır. Anlaşıldığı kimi, Purmöseninin BMW ilə müəyyən problemləri vardır və bu aksiya onun təşkil etdiyi dördüncü nümayişdir. Bu saqa bir neçə il bundan öncə, daha dəqiqi desək 2008-ci ildə BMW M6 modelinin alınması ilə başlamışdır. 2013-cü ildə Hadi avtomobilini Frankfurt və Cenevrə avtosalonlarının önündə baltalamışdı. Visbaden sakinin əsas məqsədi 2011-ci ildən məhkəmə çəkişməsi apardığı BMW şirkətinin diqqətini cəlb etməkdir. Pürmöhsenin 2008-ci ildə 130 min avroya satın aldığı BMW M6 modelində müəyyən nasazlıqlar olub. “Ötürmələri dəyişən zaman kompyüter mexanizmin işləməkdən imtina etdiyini bildiridi”, - Hadi izahat verib. Avtomobili yoxlayan çoxsaylı avtoservislər bunun zavod defketi olduğunu söyləsələr də, istehsalçı bunu etiraf etməyib. Hazırda Pürmösenini atmosferin qorunması haqqında qanunu pozmaqda və başqasının əmlakına ziyan vurmaqda (avtomobilin yandırıldığı səki BMW şirkətinə məxsusdur) günahlandırırlar. (autograph.az)
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












