Avtosfer.az | Reklam
“BMW” səkidə hamilə qadını və onun ərini vurdu – ANBAAN VİDEO
Avtosfer TV 8 İyul 2020 20:45 Oxunub 1824
“BMW” səkidə hamilə qadını və onun ərini vurdu – ANBAAN VİDEO

Rusiyanın Soçi şəhərində minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, qəza iyulun 8-də “Parkovaya” küçəsində qeydə alınıb.

Məlumata görə, şəxsiyyəti müəyyənləşdirilməyən sürücü, idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olarkən yol kəsişməsində manevr edən zaman, sükan idarə etməsini itirib və səkidə irəliləyən 2 nəfəri - hamilə qadını və onun həyat yoldaşını vurub. Daha sonra isə park edilmiş iki maşına çırpılıb.   

Qəza nəticəsində 2 nəfər yaralı xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri barədə məlumat verilmir.

Polis hazırda hadisə ilə bağlı araşdırma aparır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh