Banner

“BMW” sürücüsü avtobusu vurmamaq üçün sükanı qaçırıb polis maşını ilə toqquşdu - VİDEO

Avtosfer TV 6 Noyabr 2025 22:03 Oxunub 606
“BMW” sürücüsü avtobusu vurmamaq üçün sükanı qaçırıb polis maşını ilə toqquşdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Metrostansiya yaxınlığında 3 nəqliyyat vasitəsinin iştirakı ilə qəza olub. Avtosfer.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində baş verən hadisənin görüntüləri kameraya düşüb. Belə ki, “Ploşad Mujestva” metrostansiyası yaxınlığında, Politexniçeskaya küçəsində 21 yaşlı sürücü idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olan zaman qarşıda gedən avtobusu vurmamaq üçün manevr edib. Əks yol çıxan avtomobil qarşıdan gələn “Haval” markalı polis maşını ilə toqquşub, sonra isə tramvaya çırpılıb.

Qəza nəticəsində hər iki avtomobilin sürücüsü xəsarətlər alıblar. Yaralılar ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıblar.

Sözügedən hadisənin anbaan görüntülərini təqdim edirik:

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh