BNA-nın AYNA-ya birləşdirilməsi nəqliyyat sistemində nəyi dəyişəcək? - VİDEO

Avtosfer TV 20 Aprel 2023 18:00 Oxunub 1398
BNA-nın AYNA-ya birləşdirilməsi  nəqliyyat sistemində nəyi dəyişəcək?  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtosfer.az saytının rəhbəri, ekspert Elməddin Muradlı Bakı Nəqliyyat Agentliyinin (BNA) Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) birləşdirilməsinin nəyi dəyişəcəyinə münasibət bildirib. Onun sözlərinə görə, bu hadisənin baş verməsi bir çox zəruri məqamlardan irəli gələn addımdır. Bundan sonra Azərbaycanda nəqliyyatla bağlı bütün məsələləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən AYNA tənzimləyəcək. 
Ekspert BNA-nın 7 illik fəaliyyətində gördüyü yenilikləri də nəzərə çatdırıb: “Ölkəmizdə pandusların tətbiqi, avtobuslarda gediş haqqının kartla ödənilməsi kimi bir çox yeniliyə imza atıldı. Həmçinin, piyadaların rahat hərəkət etməsi üçün yol kənarında dəmir tumbaların basdırılması böyük addımlar sırasındadır. Lakin əsas hədəf ictimai nəqliyyatın gücləndirilməsiydi ki, buna nail ola bilmədi”.
Elməddin Muradlı onu da bildirdi ki, bu iki qurumun birləşməsi tez bir zamanda effektiv nəticələr göstərəcək. Xüsusən də ictimai nəqliyyatın, taksi fəaliyyətinin inkişafı, yük və sərnişindaşımanın tənzimlənməsi, bu sahələrdə təhlükəsizliyinin təmin edilməsi kimi zəruri məsələlər hazırda müzakirə olunur.

Nurlan Sakitoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh