BNA-nın nasaz halda qarajda saxladığı avtobuslar təmir edilərək xəttə buraxılır – "Baku Bus"-dan VİDEO

Paytaxtın ictimai nəqliyyat yükünü ciddi mənada daşımağı bacaran şirkətlərin sayı ölkədə barmaqla sayılacaq qədərdir. Bu şirkətlərdən biri artıq 9 ildir fəaliyyət göstərən “Baku Bus” Məhdud Məsuliyyətli Cəmiyyətdir (MMC).
Avtosfer.az xəbər verir ki, 2015-ci ildə yaradılan və Bakı şəhəri üzrə avtobusla sərnişindaşımanın 23 faizini həyata keçirən “Baku Bus” MMC-nin gündəlik sərnişin dövriyyəsi 350 mindən çoxdur. İllər əvvəl yaradılsa da müəssisə vaxtaşırı yeniliklər edir, köhnəlmiş avtobusları yenisi ilə əvəzləyir, yaxud da tam saz vəziyyətə gətirilmiş istismara verilməyən avtobuslar xəttə buraxılaraq vətəndaşların xidmətinə təqdim edilir.

Son günlər ölkənin əsas müzakirə predmetinə çevrilən avtobusları görüntüləmək üçün müəssisənin özünə getdik. Burada həm suallarımızı cavablayan, həm də müəssisə ilə bizi tanış edən “Baku Bus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva açıqlamasında vurğuladı ki, müəssisənin parkında olan 735 “BMC” markalı avtobusun 700-ü tam saz vəziyyətə gətirilib:

“ “Baku Bus” hazırda 43 şəhərdaxili və 3 şəhərlərarası müntəzəm sərnişindaşıma xətti üzrə gündəlik 500 minə yaxın sərnişinə xidmət göstərilir. İlin əvvəlində tənzimləyici qurum olan AYNA-nın keçirdiyi müsabiqələrdə iştirak vasitəsilə 7 müntəzəm marşrut xətti istismara qəbul edilmişdir. Bu da 112 yeni avtobusun dövlət siyasətinə uyğun olaraq müasir avtobuaslarla əvəzlənməsilə nəticələnmişdir”.
Müəssisə ilə tanış olan Avtosfer.az-ın təsisçi və baş direktoru Elməddin Muradlı bildirib ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bu il ərzində əlavə olaraq yüzdən artıq avtobusun xəttə buraxılması ilə bağlı ictimaiyyətə məlumat yaydı:

“Biz də sual ünvanladıq agentliyə ki, bu avtobuslar hardan çıxdı ortalığa. Məlum oldu ki, “Baku Bus”un qarajında Bakı Nəqliyyat Agentliyinin dövründən qalan, istismar edilməyən, hansı ki təmirə ehtiyacları var idi, həmin avtobusların bir qismi təmir edilib və bir qismi vətəndaşların istifadəsinə verilib. Bakı Nəqliyyat Agentliyi həmin avtobusları illər əvvəl gətirdi və təəssüflər olsun ki, bu dövrdə bu müəssisədə 300-ə qədər avtobus xəttə çıxmadan, yol üzü görmədən yatıb qalmışdı. Sonra da başladılar xətdə istismarda olan avtobusların təmirində həmin avtobuslardan istifadə etməyə. Bu avtobusların hissələrini söküb istismardakı avtobuslara yığırdılar”.
Müəssisədə həm də sürücülərin və “Baku Bus” MMC-nin sürücüsü olmaq istəyən vətəndaşların təlimlərini izləyən nəqliyyat eksperti burada həmin şəxslərin sükan arxasında olarkən geriyə vermə, maneələrə qarşı reaksiyalarının ölçülməsi və manevretmə mərhələləri ilə tanış olub.
Həmin görüntüləri təqdim edirik:
Sərxoş vəziyyətdə qəza törədib avtomobili aşırdı – Beşinci dəfə içkili tutulan ... - VİDEO
Qadın sürücü qayda pozub qəza törətdi – Maşından düşüb asfalta çırpıldı - VİDEO
Çörək daşıyan maşın motosiklet sürücüsünü keçiddə vurub öldürdü – ANBAAN VİDEO
Nizamidə “Təhlükəsiz şəhər və məsuliyyətli şagird” adlı tədbir keçirildi - VİDEO
Artıq Xırdalan yolunda tıxac olmayacaq - AYNA-dan AÇIQLAMA - VİDEO
Normadan artıq yükə görə baş verən qəzaların görüntüləri yayıldı - ANBAAN VİDEO
Özünü qadına bənzədən oğlan maşın oğurladı – Cərimələnib həbs edildi - VİDEO
Qayda pozan sürücü motosikletçiyə təhlükə yaradıb nalayiq ifadələr işlətdi - VİDEO
Xətti elə çəkiblər ki, geriyə dönənlərin çoxu cərimə olunur - DYP-dən AÇIQLAMA - VİDEO
"Tarqovı"da parklanma xaosu - Yanğınsöndürənlər hadisə yerənə çata bilmədi - VİDEO
Yeniyetmə “Hyundai”ı ağaca çırpdı; xilasedicilər maşından çıxardı, polis cərimələdi - VİDEO








