“Bolt” təhsil müəssisələrində yeni sosial layihəyə start verib – RƏSMİ - VİDEO

Son illərdə ölkədə yol hərəkəti qaydalarının vətəndaşlar tərəfindən mənimsənilməsi istiqamətində bir sıra layihələr həyata keçirilir. Xüsusən azyaşlıların maarifləndirilməsi istər dövlət qurumlarının, istərsə də özəl şirkətlərin prioritetinə çevrilib.
Azyaşlılara yol hərəkəti qaydalarına riayəti aşılayan iri şirkətlərdən biri də “Bolt”dur. Şirkətin yeni layihəsi ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial şəbəkə hesablarında canlı yayım zamanı məlumat verib. O bildirib ki, “Bolt” şirkəti tərəfindən təsis olunan “Bolt Akademiya” təşəbbüsü çərçivəsində ölkənin bütün regionlarını, o cümlədən ucqar rayonlarını əhatə edən yol hərəkəti təhlükəsizliyi üzrə genişmiqyaslı sosial layihəyə start verilib.
“Layihə çərçivəsində respublikanın müxtəlif bölgələrində məktəblərdə və peşə təhsil müəssisələrində maarifləndirici təlimlər keçiriləcək. Təlimlərin məqsədi şagird və tələbələrin yol hərəkəti təhlükəsizliyi sahəsində bilik və praktiki bacarıqlarını artırmaq, eyni zamanda məsuliyyətli və innovativ yanaşmanı təşviq etməkdir.
Layihənin ilk mərhələsi fevral ayında Xaçmaz Peşə Məktəbində baş tutub. Tədbir məktəbin direktoru Məmmədov Tural rəhbərliyi ilə təşkil olunub. “Bolt Akademiya”nı təlimçi qismində Dövlət Əlaqələri üzrə rəhbər Maarifə Paşayeva təmsil edib və iştirakçılarla təhlükəsizlik mövzusunda interaktiv sessiya keçirib.
Layihənin yekun mərhələsi may ayında keçiriləcək “Təhlükəsizlik Startap Finalı” olacaq. Bu müddət ərzində iştirakçı məktəblər və tələbələr təhlükəsizlik mövzusunda startap ideyaları hazırlayaraq təqdim edəcəklər. Final mərhələsində ən innovativ və perspektivli layihələr qiymətləndiriləcək.
“Bolt Akademiya”nın bu təşəbbüsü şirkətin korporativ sosial məsuliyyət prinsiplərinə sadiqliyini və ölkədə təhlükəsizlik mədəniyyətinin gücləndirilməsinə verdiyi töhfəni əks etdirir.
“Bolt”un Dövlət Əlaqələri üzrə rəhbəri Maarifə Paşayeva bildirib ki, yol hərəkəti təhlükəsizliyi yalnız qaydaların öyrədilməsi deyil, düşüncə tərzinin formalaşdırılmasıdır. Gənclərin bu sahədə həm məlumatlı, həm də təşəbbüskar olmaları gələcəkdə daha təhlükəsiz mühitin qurulmasına töhfə verəcək. “Bolt Akademiya” vasitəsilə şirkət regionlarda maarifləndirməni gücləndirməyi və innovativ ideyaların yaranmasını təşviq etməyi hədəfləyir.
Digər bir məlumatda isə şirkət yeni kateqoriyalarla bağlı məsələyə toxunub. Şirkət qeyd edib ki, 2025-ci ildə “Bolt” platformasında istifadəçi təcrübəsini təkmilləşdirməyə yönəlmiş bir sıra yeniliklər tətbiq olunub. Bu çərçivədə iki yeni kateqoriya — “Prioritet” və “Video müşayiət” istifadəyə verilib. Hər iki kateqoriya sərnişinlərə səfər zamanı daha çox seçim imkanı təqdim edir və fərqli ehtiyaclara uyğun həllər yaradır. “Bolt”un tətbiqindən istifadə edənlər yəqin ki bu məlumatlardan xəbərdardırlar”.
Səfər
“Mercedes” havada uçaraq restorana çırpıldı – Sürücünün 80 yaşı var - VİDEO
Qəfil manevr sürücünü sarı torda saxladı – Boş yerə CƏRİMƏLƏNDİ - VİDEO
“Audi” ilə təhlükəli manevrlər edən sürücü evə piyada getdi - VİDEO
Sürücüsü və nömrəsi bəlli olmayan maşın iki piyadanı vurub asfalta çırpdı - VİDEO
Qadın sürücü “Nissan”ı səkiyə çıxarıb skuteri vurdu - VİDEO
Mərdəkanda təhlükəli manevr edən sürücü qəza şəraiti yaratdı, ardınca… - VİDEO
Sərxoş usta müştərinin avtomobilini qaçırdı - Polis qovanda 7 maşını əzdi - VİDEO
Nəsimidə təhlükə saçan sürücü avtomobil və piyadaları gözardı etdi - VİDEO
Bakıda maşın yola qaçan qadını vurdu - Günah kimdədir? - REAL VİDEO
Yolda dava edən sürücülər bu görüntülərə mütləq baxsın – VİDEO
Sağ zolaq boş ola-ola solda "dirəşən" sürücülərin görüntüləri yayıldı - NİİM-dən VİDEO










