Banner

“Bolt”un taksi və kuryerlər üçün olan layihəsinin ikinci mərhələsi başladı - 35 min mükafat var - VİDEO

Avtosfer TV 5 Dekabr 2025 09:00 Oxunub 394
“Bolt”un taksi və kuryerlər üçün olan layihəsinin ikinci mərhələsi başladı - 35 min mükafat var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Təxminən 3 ay əvvəl ölkədə taksi fəaliyyətinin inkişafı istiqamətində bir sıra işlər görən “Bolt” şirkətinin yeni proqramı ilə bağlı məlumat vermişdik. Sentyabrın 20-si şirkətin başlatdığı “Bolt Accelerator” proqramı ilk dəfə sürücü və kuryerlərə yönəlmiş sahibkarlıq sürətləndirici layihəsinə müraciət edənlərin sayı ilə seçildi.

Avtosfer.az xəbər verir ki, şirkət artıq “Bolt Accelerator” proqramının ikinci mərhələsinə başlayıb. Bununla bağlı Nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial şəbəkə hesablarında canlı yayım zamanı məlumat verib. O bildirib ki, “bolt”un başlatdığı bu proqram çox uğurlu sosial layihədir və şirkətlə əməkdaşlıq edənlərin öz uğur hekayələrini yazmaları üçün böyük imkanlar yaradılıb.

 

“Mən bəzi məlumatları sizə çatdıracam ki, şirkətə müraciət edərək proqrama qoşulanlar seçim turundan keçsələr, onlara maliyyə dəstəyi göstəriləcək. Bununla da həmin şəxslər öz işlərini qura biləcəklər.

Bolt Azərbaycan “Bolt Accelerator” proqramının birinci mərhələsinin uğurla tamamlandığını və layihənin ikinci mərhələsinin başladığını elan edib. Yeni mərhələdə ən yüksək nəticə göstərən iştirakçılar xüsusi təlim və mentorluq dəstəyi alaraq öz biznes ideyalarını inkişaf etdirərək 2 dekabr tarixində keçiriləcək “Demo Day” Təqdimat Günü tədbirində iştirak edəcək və seçilmiş münsiflər heyəti qarşısında təqdim edəcəklər. Seçilən ən yaxşı 10 biznes ideya layihəsinə və komandalara müxtəlif maddi və qeyri-maddi mükafatlar təqdim ediləcək.

Proqramın birinci mərhələsinin nəticələri ilə sizi tanış etmək istəyirəm:

Ümumilikdə 809 nəfər layihəyə qoşulub, onlardan 220 nəfər seçilərək təlimlərdə iştirak hüququ qazanıb.

Seçilmiş və təlimdə iştirak edən iştirakçılardan 54 iştirakçı imtahanı uğurla tamamlayıb, 35 namizəd müsahibə mərhələsinə dəvət alıb, 20 iştirakçı isə ikinci mərhələyə seçilib.

Bu göstəricilər, iştirakçıların yüksək motivasiyasını və proqram müddətincə sabit iştirak səviyyəsini əks etdirir. Qeyd edim ki, burada yalnız “Bolt”la əməkdaşlıq edən şəxslər iştirak edə bilər. Yəni, taksi sürücüləri, kuryerlər və taksi parkları bu imkandan yararlanma şansına sahibdirlər.

İkinci mərhələyə keçən iştirakçılar üçün xüsusi qrup yaradılıb və onlar “Bootcamp” mərhələsində intensiv təlimlərə cəlb olunublar.

Xatırladım ki, “Bolt Accelerator Bolt”un “Urban Fund” təşəbbüsünün bir hissəsi olaraq həyata keçirilir. Bu fondun əsas məqsədi sürücü və kuryerləri iqtisadi baxımdan gücləndirmək, inkişaf üçün alətlər və imkanlar təqdim etmək, həmçinin şəhər mobilliyində innovasiyanı dəstəkləməkdir. Proqram artıq Nigeriya, Keniya, Qana, Cənubi Afrika və Avropada uğurla tətbiq olunub və 30-dan çox biznes ideyasının həyata keçməsinə dəstək verib.

Azərbaycanda keçirilən proqram çərçivəsində finalda 7 qalib seçiləcək. Ümumi mükafat fondu 36 500 AZN təşkil edir və qalib gələnlər arasında:

1 nəfər – 10 000 AZN

1 nəfər – 7 000 AZN

3 nəfər – 4 500 AZN

2 nəfər – 3 000 AZN qazanacaqlar.

“Bolt Azərbaycan” komandasının nümayəndəsi, Əməliyyatlar meneceri Ramil Maharramov proqram barədə deyib:

“”Bolt Accelerator” proqramı ilə məqsədimiz gənclərin sahibkarlıq potensialını ortaya çıxarmaq, onların innovativ ideyalarını reallaşdırmaq və Azərbaycanda startap ekosisteminin inkişafına real töhfə verməkdir. Birinci mərhələnin nəticələri göstərdi ki, ölkəmizdə bu sahədə böyük maraq və güclü ideya bazası mövcuddur”.

Mən inanıram ki, qalib gələn şəxslər mükafatı əldə etdikdən sonra özlərinə yeni iş qura biləcəklər və bununla da yeni biznes mühitinə qədəm qoymuş olacaqlar. Hər birinə uğur arzu edirəm. İkinci mərhələyə qoşulanlara da həmçinin. Düşünürəm ki, bu sosial layihələr taksi fəaliyyəti üçün faydalı oalcaq. Ümumilikdə, “Bolt”a belə bir sosial layihəni gerçəkləşdirdiyi üçün təşəkkür edirəm”.

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh