Avtosfer.az | Reklam
Bordürə çırpılan taksi bir neçə dəfə çevrildi; mühərrik havada uçub... - ANBAAN VİDEO
Avtosfer TV 5 Avqust 2020 15:15 Oxunub 936
Bordürə çırpılan taksi bir neçə dəfə çevrildi;  mühərrik havada uçub... - ANBAAN VİDEO

Rusiyanın Yekaterinburq əyalətində taksinin iştirakı ilə baş verən dəhşətli yol qəzasının görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Avtosfer.az xəbər verir ki, hadisə “Kolıçov” aeroportu yaxınlığında baş verib.

Kadrlarda, “Volkswagen Polo” markalı avtomobilin sürətlə idarə edildiyi və sürücünün sükan idarəetməsini itirməsi səbəbindən hava limanı ərazisində yerləşən avtodayanacağının daş bordürünə çırpıldığı görülür. Zərbənin təsirindən havaya qalxan avtomobil bir neçə dəfə çevrilir və maşından çıxan mühərrik park edilmiş avtomobilin üzərinə düşür.

Yerli medianın yazdığına görə, qəza nəticəsində sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar, hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh