Bu küçədə diqqətli olun: yolu qazıblar, işarə yoxdur - VİDEO
Avtosfer TV
22 Dekabr 2021 11:16
Oxunub 2438
Paytaxtın 8 Noyabr prospektində təmir işləri ilə əlaqədar olaraq yollar qazılıb. Bu barədə Avtosfer.az-a sürücülərdən biri məlumat göndərib. Bildirilir ki, yol boyu qazılan hissələrdə isə hər hansı xəbərdaredici yol nişanı qoyulmayıb. Sürücülər isə həmin ərazidən keçəndə avtomobillərinə ziyan dəydiyini bildirir. Videonu təqdim edirik. Ümid edirik ki, aidiyyəti qurumlar məsələnin həllinə çalışacaq.
Fərid
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














