Bu küçədə düzünə gedən sürücülərə daha CƏRİMƏ YAZILMAYACAQ - FOTO
Avtosfer TV
4 Dekabr 2021 10:11
Oxunub 12150
Son zamanlar paytaxtın Zərifə Əliyeva küçəsində (Bülbül prospekti ilə kəsişmədə) xüsusi texniki vasitənin köməkliyi ilə xeyli sayda sürücü cərimələnib. Avtosfer.az xəbər verir ki, sözügedən küçənin sol zolağı ilə hərəkət edən sürücülər üçün yerdə yalnız sola dönməni məcbur edən nişanlanma xətti olub. Bu səbəbdən də sol zolaqdan düzünə hərəkət edən sürücülər 40 manat miqdarında cərimə olunurdular. Aidiyyəti qurumlar sürücülərin narazılığını nəzərə alaraq, sola məcburi hərəkət olan zolaqdan düzünə hərəkətə də icazə veriblər. Yəni asfalt üzərində çəkilmiş "sola" ox, "düzünə və sola" oxla əvəzlənib.
Təbriz
ŞƏRH YAZ