Bu küçədə insan öldü, yoxsa insanlıq? - VİDEO
Piyada keçid zolağı ilə yolu keçən qadın ani olaraq fikrə gedib. Yolun ortasında durmuş qadını taksi vuraraq yerə sərib. Qadın piyada zolağının yanında, asfaltın üzərində idi. Zolaqdan keçməyə başlayan piyadalar, yolla hərəkət edən avtomobillərin sürücüləri, sanki, heç nə olmamış kimi davranıblar. Avtosfer.az milli.az-a istinadən bildirir ki, yerə yıxılan, ağır travmalar almış qadına kimsə yardım etməyib, kimsə hadisə yerinə təcili yardım çağırmayıb. Hətta yolda avtomobillərin hərəkəti belə, dayanmayıb. Olay Çinin Henan vilayətindəki çjumadan şəhərində, Çjifan və Syueyuan küçələrinin kəsişməsində baş verib. Taksinin vurub yerə sərdiyi qadın 26 yaşlı Ma Fen idi. Ma aldığı zərbədən huşunu itirsə də, bir müddət sonra qalxmağa çalışıb. Lakin qolları və ayaqları qırılan qadın ayağa dura bilməyib. Bu zaman krossover modelli bir avtomobil onun üzərindən keçib və Ma Fen həlak olub. Polis olayı araşdırmağa başlayıb. Manı vuran avtomobillərin sürücüləri tapılıb, onlar haqqında istintaq başlanıb. Çindəki sosial şəbəkələrdə bu olayın videosuna on milyonlarla insan baxıb. Şərhlərin əksəriyyətində Ma Fenin yerdə sərilib qaldığı, can verdiyi anlarda onun yanından etinasızcasına keçən insanlar hiddətlə qınanılıb.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












