Bahalı maşınlarla bahalı restorana gələnlər piyadaların yolunu kəsdi - VİDEO

Avtosfer TV 21 Dekabr 2023 15:35 Oxunub 872
Bahalı maşınlarla bahalı restorana gələnlər piyadaların yolunu kəsdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Mir Cəlal küçəsində dayanma-durma və parklanma qaydaları kobud şəkildə pozulur. Bu barədə Avtosfer.az-a ərazidə yaşayan sakinlərdən şikayət daxil olub. Bildirilir ki, gün ərzində, xüsüsilə axşam saatlarında rəsmi parklanma yerləri olduğu halda sürücülər səkilərdə avtomobil saxlayır. Bu isə insanların rahat hərəkətinə ciddi maneə yaradır.

Sakinlər deyir ki, ərazidə yerləşən “Çinar” restoranının qarşısı hər gün bahalı maşınlar tərəfindən tutulur. Piyada keçidindən yolu keçən vətəndaşlar səkidə hərəkət edə bilmir və məcbur olaraq yola çıxırlar. Halbuku burda parklanma üçün kifayət qədər yer var.

Görünən odur ki, bahalı maşınla, bahalı restorana gələn sürücülər parklanmaya görə cüzi məbləği ödəməmək üçün avtomobilini səkidə saxlayır. Bu hal ən çox əlil və uşaq arabası ilə hərəkət edən şəxslər üçün problem yaradır. Belə ki, piyada keçidi bitəndən sonra səkiyə çıxmağa yer yoxdur. Çünki qarşılarını avtomobillər kəsir.

Sakinlər deyir ki, əraziyə nəzarət olmadığı üçün hər gün eyni vəziyyət yaranır.

O da bildirilir ki, “Çinar” restoranı oliqarx məmurlardan birinə məxsusdur.

Vətəndaşlar tərəfindən göndərilən videonu təqdim edirik. Ümid edirik ki, DYP əməkdaşları qeyd olunan yerdə qanunvericiliyin tələblərini pozan sürücüləri cəzalandıracaq və ərazidə qayda-qanun bərpa olunacaq.

Fərid

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh