Bu küçədə uşaqların həyatı təhlükədədir: Hər an ölüm ola bilər - VİDEO

Paytaxtın Fərman Salmanov küçəsində azyaşlı uşaqların həyatı təhlükə altındadır. Bu barədə sürücülərdən biri gördüyü mənzərəni anbaan videoya çəkərək Avtosfer.az-ın qaynar xəttinə göndərib. Sözügdən küçədəki istinad divarlarına çıxan uşaqlar adrenalin yaşayırlar. Kifayət qədər hündür olan bu divarlarda məhəccərlər quraşdırılmadığı üçün, onun üzərinə çıxan uşaqların yıxılma təhlükəsi var. Eyni zamanda orada oynayan uşaqların hər an yıxılıb avtomobillərin altına və ya üzərinə düşmə ehtimalı da böyükdür. Buna görə də öncə valideynlər diqqətli olmalı, bu hərəkətlərin təhlükəli olduğunu uşaqlara bildirməli, həmçinin onları daim nəzarətdə saxlamalıdırlar. O cümlədən aidiyyəti qurumlar uşaqların həyatını təhlükədən qurtarmaq üçün lazımi addımlar atmalıdır.
Leyla














