Bu küçədəki svetofor sıxlığa səbəb olur - Çıxış yolu nədir? - VİDEO

Paytaxtın Yasamal rayonu A.M.Şərifzadə küçəsindəki svetoforun iş rejimi yolda sıxlığın yaranmasına səbəb olur. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, Şərifzadə küçəsi ilə Məhəmməd Xiyabani küçəsinin kəsişməsində quraşdırılmış svetoforun iş rejimi səmərəli şəkildə təşkil edilməyib. Belə ki, svetofor obyektindəki sağa və sola əlavə bölmə işıqları yanan zaman bütün istiqamətlərdən gələn nəqliyyat vasitələri üçün qırmızı işıq yanır. Bu zaman düzünə- İctimai televiziya istiqamətinə gedən nəqliyyat vasitələri üçün də qırmızı işıq tətbiq edilir. Buna görə də günün pik saatlarında yolda sıxlıq və ləngimələr yaranır.
Qeyd edək ki, svetoforun əlavə bölməsində sağa və sola hərəkətə icazə verilən zaman düzünə gedən nəqliyyat vasitələri üçün də yaşıl işıq yanarsa yolda heç bir təhlükə yarana bilməz. Yaxşı olardı ki, əlavə bölmə ilə yanaşı həm də düzünə gedən sürücülərə də yaşıl işıq verilsin. Belə olan halda hərəkət həm səmərəli təşkil edilmiş olar, həm də sıxlığın yaranmasının qarşısı alınar.
Ümid edirik ki, aidiyyəti qurumlar həmin ərazini müayinə edərək hərəkətin təşkilinə yenidən baxacaq.
Fərid
Motosikleti bir təkər üzərində sürən şəxsi polis saxlayıb cərimələdi - VİDEO
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO











