Bu prospektlərdə hərəkət dayandı: dəhşətli tıxaca səbəb nədir? - VİDEO - FOTO

Bakının Xətai rayonunun Xocalı prospekti istiqamətində yol bağlanıb. Bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi yayıb. Bildirilir ki, Nəcəfqulu Rəfiyev küçəsində aparılan asfaltlama işləri ilə əlaqədar Xocalı prospekti ilə kəsişməyə qədər yol bağlıdır.
Vətəndaşların Avtosfer.az-a göndərdiyi videodan görünür ki, ərazidə dəhşətli tıxac yaranıb. Nobel prospekti, Nəcəfqulu Rəfiyev və Xocalı prospekti istiqamətində avtomobillərin hərəkəti dayanıb. Videonu təqdim edirik:
AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Avtosfer.az-a bildirib ki, fevralın 5-dən 6-na keçən gecədən etibarən Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsinin Xocalı və Nobel prospektlərinin kəsişməsində yerləşən hissəsində aparılan təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Məhdudlaşma fevral ayının 9-u axşam saatlarından aradan qaldırılacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur. "Müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik".
Orxan

Özbəkistanda yeni seriya nömrə - ANT - VİDEO
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO
Vəsiqəni və avtomobili yeni alan sürücü qəza törətdi – Qazla tormozu səhv salıb - VİDEO











