Bu qaydalara əməl etməməyin sonu qəzayla nəticələnir - Sürücülərin DİQQƏTİNƏ - VİDEO

Paytaxtda qayda pozan sürücünün görüntüsü anbaan avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 10-da saat 12:49 radələrində Binəqədi-Mehdiabad şossesində qeydə alınıb. Belə ki, 10-NM-554 dövlət nömrə nişanlı “Tofaş” markalı avtomobilin sürücüsü güzgüyə baxmadan hərəkətə başlayıb. Bu zaman o, görüntünü qeydə alan sürücüyə qəza şəraiti yaradıb. Təhlükəylə üzləşən sürücü siqnal verərək ona xəbərdarlıq edib. Siqnal səsindən sonra azacıq sağa manevr edən “Tofaş”ın sürücüsü ardınca geriyə dönüb.
Maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələrinin əsas səbəbi məsuliyyətsiz və ehtiyatsız davranışlarıdır. Xüsusilə, manevrə başlayan, dayanan və ya zolaq dəyişən sürücülərin qanunvericiliyin tələblərinə əməl etməməsi bu cür qəzaların artmasına səbəb olur.
"Yol hərəkəti haqqında" qanuna əsasən, sürücü hər hansı bir manevr etməzdən əvvəl dönmə işıqlarını yandırmalı, yan güzgülərdən istifadə etməli və yolun boş olduğuna əmin olmalıdır. Lakin bir çox sürücülər bu qaydalara məhəl qoymur. Nəticədə qəfil zolaq dəyişmə, düzgün siqnal vermədən dönmə halları qəzaların baş verməsinə səbəb olur.
Yol-nəqliyyat hadisələrinin sayını azaltmaq üçün hər bir sürücü yol hərəkəti qaydalarına riayət etməli, məsuliyyətli davranmalı və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini nəzərə almalıdır.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












