Bu sürücü görəsən nə istədiyini özü bilir? - VİDEO
“Sürən oğlanlar” kateqoriyasından olan sürücülər yollarda qaydalara əmək etməyi “düzgün” hesab etmirlər. Elə oxucularımızdan birinin təqdim etdiyi videoda da analoji hal yaşanır. Görüntülər Gəncə şəhərində qeydə alınıb. Belə ki, 20 DP 338 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil hərəkət zamanı sözün həqiqi mənasında aləmi bir-birinə qatır. Əvvəlcə, ötmə əməliyyatı etməyə çalışır. Sağındakı avtomobili sıxır. Daha sonra qarşı yola çıxır və qarşıdan gələn avtomobilə qəza şəraiti yaradır. Artıq qarşıdakı avtomobillə toqquşacağını görüb yenidən sağ zolağa qayıdır. Bu zaman isə arxadan gələn avtomobilə qəza şəraiti yaradır. Bütün bunlarla kifayətlənməyən sürücü sonda sola dönmə edərkən sağdan gələn avtomobilləri buraxmır. Kadrlara baxanda bu sürücünün özünün də nə istədiyi bəlli deyil.
Avtosfer.az həmin görüntüləri təqdim edir:
Orxan
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












