Bu sürücüdən özünüzü gözləyin: Qəza şəraiti yaradıb nalayiq ifadə işlədir - VİDEO

Avtosfer TV 6 Dekabr 2023 12:00 Oxunub 1096
Bu sürücüdən özünüzü gözləyin: Qəza şəraiti yaradıb nalayiq ifadə işlədir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda qayda pozub qəza şəraiti yaradan sürücünün videosunu oxuculardan biri redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 4-də, paytaxtın Tbilisi prospektində baş verib. Belə ki, 99-TJ-198 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü sağ zolağa manevr edən zaman qəza şəraiti yaradıb: "Manevr edən zaman qəza şəraiti yaratdı, üstəlik səs siqnalı verərək məni günahkar çıxarmağa başladı. Daha sonra sağ zolaqda dayanaraq məni yanına çağırdı. Əvvəlcə düşündüm ki, üzr istəyəcək. Amma sonra yanıldığımı gördüm. O, mənimlə mübahisə etdi və sonra nalayiq ifadə işlədərək yoluna davam etdi" - deyə oxucu bildirib.

Sözügedən videonu təqdim edirik:

 

Leyla

ŞƏRH YAZ
Ad

E-mail

Şərh