Bu yolda hərəkət edərkən başınıza qaya parçası düşə bilər - Diqqətli olun - VİDEO

Avtosfer TV 5 Sentyabr 2023 14:18 Oxunub 3656
Bu yolda hərəkət edərkən başınıza qaya parçası düşə bilər - Diqqətli olun - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Səbail rayonu ərazisində - Bibiheybət məscidi yaxınlığında təhlükəli vəziyyət yaranıb. Avtosfer.az xəbər verir ki, sakinlər video çəkərək iri qaya parçasının yola düşə biləcəyi təhlükəsi barədə məlumat veriblər. Onların sözlərinə görə, məscid yaxınlığında yerləşən qəbristanlığın aşağı hissəsində qaya parçası güclü yağışlar nəticəsində təhlükəli vəziyyətə düşüb. Hər an yerindən oynayaraq yola düşə bilər. Nəticədə həmin istiqamətdə hərəkətdə olan nəqliyyat vasitələrinə, vətəndaşlara ziyan dəyəcəyi qaçınılmazdırz Buna görə də, sakinlər aidiyatı qurumlardan xahiş edir ki, təhlükənin qarşısını vaxtında alsınlar.
Qeyd edək ki, təxminən 2 ay öncə Bayıl qəsəbəsində dağın başından qopan qaya parçası yaşayış evlərinə ciddi ziyan vurmuşdu.

Nurlan Sakitoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh