Bu yolda nişan yoxdur, amma sürücülərə cərimələr yazılır - ŞİKAYƏT - VİDEO

Bakıda yol hərəkəti qaydasını pozmayan sürücülər əsassız şəkildə cərimələndiklərini bildiriblər. Bu barədə onlar Avtosfer.az-ın qaynar xəttinə müraciət ediblər.
Belə ki, 99-GA-963 qeydiyyat nişanlı "Honda" və 99-FJ-322 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobillərin sürücüləri paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Sergey Yesenin küçəsində (181 nömrəli məktəbə gedən yolda) avtomobillərini park ediblər. Sürücülərin sözlərinə görə, həmin ərazidə dayanma və durmanı qadağan edən heç bir yol nişanı yoxdur. Buna baxmayaraq, hər iki sürücü İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunub.
Sürücünün təqdim etdiyi videodan da görünür ki, sözügedən yol sahəsində dayanma və durmanı qadağan edən nişan mövcud deyil. Məsələ ilə bağlı Dövlət Yol Polisi İdarəsinə şikayət edən sürücülərə göndərilən cavab məktubunda isə inzibati xəta haqqında qərarın qanuni şəkildə tərtib olunduğu bildirilib.
Sürücülər hesab edirlər ki, nişan olmadığı halda tətbiq edilən cərimə əsassızdır və bu səbəbdən qərarın ləğv olunmasını xahiş edirlər.
Fərid

Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO












