Bu yolda sürücülər daha cərimələnməyəcək: ADY nişanı götürdü, dəmir yolu söküləcək - VİDEO

Sürücülərin cərimələndiyi dəmir yolu keçidindəki problem aradan qaldırılıb. Bu barədə Avtosfer.az-a Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib. Belə ki, Vətəgə-Bəhramtəpə yolunun 11-ci kilometrliyindəki dəmir yol keçidində sürücüləri narahat edən problem dərindən araşdırılıb və quraşdırılmış stop nişanı oradan götürülüb.
Qeyd edək ki, yaxın vaxtlarda həmin dəmir yolunun sökülməsi nəzərdə tutulduğundan hal-hazırda orada müayinə aparılır.
İndiyə qədər həmin ərazidə işləməyən dəmir yolu keçidində Stop nişanına məhəl qoymayan sürücülər cərimələnirdi. Məsələ Avtosfer.az saytında işıqlandırılandan sonra ADY rəhbərliyi həmin ərazini nəzarətə götürüb. Tez bir zaman araşdırma aparıldıqdan sonra məlum olub ki, həqiqətən də oradan qatar keçmir və bu səbəbdən də birinci mərhələdə nişan götürülüb, ikinci mərhələdə isə dəmir yolu xətti söküləcək.
Fərid
Sərxoş vəziyyətdə qəza törədib avtomobili aşırdı – Beşinci dəfə içkili tutulan ... - VİDEO
Qadın sürücü qayda pozub qəza törətdi – Maşından düşüb asfalta çırpıldı - VİDEO
Çörək daşıyan maşın motosiklet sürücüsünü keçiddə vurub öldürdü – ANBAAN VİDEO
Nizamidə “Təhlükəsiz şəhər və məsuliyyətli şagird” adlı tədbir keçirildi - VİDEO
Artıq Xırdalan yolunda tıxac olmayacaq - AYNA-dan AÇIQLAMA - VİDEO
Normadan artıq yükə görə baş verən qəzaların görüntüləri yayıldı - ANBAAN VİDEO
Özünü qadına bənzədən oğlan maşın oğurladı – Cərimələnib həbs edildi - VİDEO
Qayda pozan sürücü motosikletçiyə təhlükə yaradıb nalayiq ifadələr işlətdi - VİDEO
Xətti elə çəkiblər ki, geriyə dönənlərin çoxu cərimə olunur - DYP-dən AÇIQLAMA - VİDEO
"Tarqovı"da parklanma xaosu - Yanğınsöndürənlər hadisə yerənə çata bilmədi - VİDEO
Yeniyetmə “Hyundai”ı ağaca çırpdı; xilasedicilər maşından çıxardı, polis cərimələdi - VİDEO










