Burada maşın saxlayanlar cərimələnəcək - Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Avtosfer TV
16 Avqust 2020 08:09
Sürücülər avtomobillərini yolun düz hərəkət hissəsində park ediblər. Elə bu səbəbdən də 2 hərəkət zolağından ibarət olan yolda hərəkət edən digər nəqliyyat vasitələri ya qarşı zolağa keçirlər, ya da yolda dayanaraq tıxaca səbəb olurlar. Bura Bakı Dəmiryolu Vağzalının yaxınlığıdır. Xüsusən də günün pik saatlarında bu yoldan keçmək müşkülə çevrilir. Səməd Vurğun parkı istiqamətindən gələn sürücülər üzü Dövlət Neft və Sənaye Universiteti istiqamətinə getməkdə çətinlik çəkirlər. Artıq bir neçə gündür ki, mövcud problemi aradan qaldırmaq üçün Bakı Nəqliyyat Agentliyinin əməkdaşları əraziyə cəlb olunublar. Elə çəkiliş zamanı da Bakı Dəmiryolu Vağzalının yaxınlığında olan avtomobil dayanacağından kənarda, yolun hərəkət hissəsində nəqliyyat vasitəsini saxlayıb qayda pozan sürücülərə rast gəldik.
Bəzi sürücülər isə dayanacaq nəzarətçilərinin bu ərazidə qanuni saxlamaq olduğunu və buna görə ödəniş də etdiklərinin bildirir.
Bakı Nəqliyyat agentliyinin mətbuat katibi Mais Ağayev bildirir ki, son on gün ərzində ərazidə araşdırmalar aparılıb. Məlum olub ki, dayanma-durma qaydalarının ən çox pozulduğu yerlərdən biri də bu ərazidir. Minik avtomobillərinin harda gəldi park edilməsi səbəbindən marşurt avtobuslarının hərəkətində də problemlər yaranır.
Bakı Nəqliyyat Agentliyinin əməkdaşları bu ərazidə qayda pozan sürücülər barəsində sərt tədbirlər görməyə başlayıb. Belə ki, əməkdaşlar avtomobilini yolun hərəkət hissəsində park edən şəxlərin nəqliyyat vasitəsini xüsusi proqram təminatı olan planşetlə çəkərək barələrində cərimə tətbiq edirlər.
Qeyd edək ki, həmin sürücülər inzibati xətalar məcəlləsinin 346.1-ci maddəsi ilə yəni, dayanma- durma qaydalarının pozulmasına görə 20 manat miqdarında cərimə edilirlər. Bununla yanaşı, hərəkətə maneə olan nəqliyyat vasitələri evakuator vasitəsi ilə ərazidən uzaqlaşdırlır.
BNA sürücüləri qaydalara əməl etməyi, xüsusi ilə də marşurt avtobuslarının hərəkətinə mane olmamağı tövsiyə edir.
Oxunub 4718
DİGƏR XƏBƏRLƏR
16 Fevral 2026 17:48
Özbəkistanda yeni seriya nömrə - ANT - VİDEO
12 Fevral 2026 22:03
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
11 Fevral 2026 09:00
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
10 Fevral 2026 20:24
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
10 Fevral 2026 20:06
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
10 Fevral 2026 13:44
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
10 Fevral 2026 12:44
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
9 Fevral 2026 20:06
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
9 Fevral 2026 17:00
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
9 Fevral 2026 15:30
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO
6 Fevral 2026 20:15
Vəsiqəni və avtomobili yeni alan sürücü qəza törətdi – Qazla tormozu səhv salıb - VİDEO
6 Fevral 2026 20:06
“Bolt” sürücü-sərnişin münasibətlərini necə tənzimləyir? – Şirkət nümayəndəsi AÇIQLADI - VİDEO
ŞƏRH YAZ










