Bütün hərəkət iştirakçılarının narazılığına səbəb olan yola çarə tapıldı - VİDEO
Bakı Nəqliyyat Agentliyi metronun “Koroğlu” stansiyasının şəhər mərkəzindən Hava limanı istiqamətindəki çıxışının (pramida formalı) qarşısında axşam saatlarında nəqliyyatın xaotik hərəkətinin, eləcə də tıxacın aradan qaldırılması ilə bağlı təkliflər hazırlayıb. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, hər gün axşam saatlarında ərazidə müşahidə edilən vəziyyət həmin yoldan istifadə edən bütün hərəkət iştirakçılarının ciddi narazılığına səbəb olur. Bununla əlaqədar Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı Mərkəzinə və facebook sosial şəbəkəsindəki rəsmi səhifəsinə şəhər sakinləri tərəfindən çoxsaylı müraciətlər edilir: “Əhalinin haqlı narazılığına səbəb olan bu hal Bakı Nəqliyyat Agentliyini də narahat edən əsas məsələlərdəndir. Şəhərin küçə və prospektlərində nəqliyyatın hərəkətində fasiləsizliyin təşkil edilməsi, sıxlığın yaranmasının qarşısının alınması işləri çərçivəsində Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri ərazidə təhlillər aparıb. Müəyyən edilib ki, “Koroğlu” metrostansiyası (pramida formalı çıxışı) yaxınlığında avtobus dayanacaq məntəqəsinin mövcudluğu, orada şəxsi və taksi minik avtomobillərinin dayanaraq sərnişin mindirib-düşürməsi Heydər Əliyev prospektində, Mikayıl Əliyev küçəsində və Ziya Bünyadov prospektində nəqliyyatın hərəkətində sıxlıq yaranmasına səbəb olur.
Həmin ərazidə nəqliyyatın hərəkətində fasiləsizliyin təşkil edilməsi, sıxlığın yaranmasının qarşısının alınması üçün mövcud avtobus dayanacaq məntəqəsinin ləğv edilməsi və yol kənarına məhəccərlərin çəkilməsi məqsədəmüvafiq hesab edilir. Belə ki, qeyd edilən təklif reallaşacağı təqdirdə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən ətraf kənd və qəsəbələrə hərkət edən avtobuslar metronun pramida formalı çıxışının qarşısında dayanmadan keçəcək. Həmin dayanacaqdan istifadə edən bütün sərnişinlər “Koroğlu” NMM-də öz marşutlarının xidmətlərindən yararlana bilərlər.
Mütəxəssislərin hazırladığı təklif təsdiq edilməsi üçün Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdim edilib.
Məlumat üçün onu da qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə “Atletlər kəndi” yaxınlığında yaradılan Nəqliyyat Mübadilə Mərkəzi “Koroğlu” metrostansiyasının həmin hissədəki çıxışının qarşısında səhər saatlarında müşahidə edilən tıxacın xaotik hərəkətin aradan qalxmasına səbəb olub.
Elmin
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
















