Bakıda canından bezən qadın piyadalar qəzadan son anda qurtuldu - REAL VİDEO

Son illərin statistikasına görə, piyadavurmalarla nəticələnən qəzaların sayı ümumi yol-nəqliyyat hadisələrinin 60 faizindən çoxunu təşkil edir. Qəzaların əksəriyyəti isə piyadaların məsuliyyətsizliyi ucbatından baş verir. Lakin nəticədə sürücülər bundan əziyyət çəkir. Təqdim edəcəyimiz videoda iki hadisə qeydə alınıb. Son anda sürücülərin ayıq tərpənməsi qəzadan xisal olmasına səbəb olub.
İlk epizodda uşağı ilə birlikdə qaçaraq yola çıxan ana var. Avtomobillərin intensiv hərəkət etdiyi keçədə özünü real təhlükəyə atır. İkinci epizodda isə başı telefona qarışan gənc qız yolun ortasında sanki bulvarda gəzirmiş kimi hərəkət edir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, piyadavurmalarmalarla bağlı həm yol polisi, həm də digər təşkilatlar mütamadi olaraq maarifləndirmə tədbirləri həyata keçirir. "Piyadalara yalnız keçidlərdən istifadə etmək tövsiyə olunur. Eyni zamanda sürücüləri də diqqətli olmağa çağırırıq. Xüsusilə günün qaranlıq vaxtlarında sürət həddini azaltmaq yaxşı olar. Mümkünüdür ki, kimsə yola çıxsın. Heç olmasa xəsarətin qarşısını tam almaq, yaxud miqyasını azaltmaq lazımdır. Düşünürük ki, bu barədə aparılan işlər öz nəticəsini verəcək."
Orxan
Qayda pozan “BMW” sürücüsü 12 yaşlı qızı keçiddə vurdu - VİDEO
Özbəkistanda yeni seriya nömrə - ANT - VİDEO
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO










