“Cavanlıq edib, özünü ən “cool” sürücü kimi göstərən sürücü - VİDEO

Hamımıza məlumdur ki, cəmiyyətdə qəbul olunmayan, qaydalar çərçivəsindən kənar hərəkət və davranışlar qanun qarşısında məhsuliyyətə cəlb olunmağımızla nəticələnir. Bu, müxtəlif sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da bariz şəkildə özünü göstərir. Onların sırasında el arasında “maşının ön hissəsini qaldırmaq”, yəni maşının konstruksiyasını dəyişmək halı, xüsusilə gənc nəslin nümayəndələri arasında hələ də aktivliyini qoruyub saxlayır.
İşin nə səbəblə edildiyinin məntiqi açıqlaması olmasa da, bu yola baş vuranların beynində bir şey var - “Cavanlıq etmək, özünü ən “cool” maşın idarəçisi kimi göstərmək, yaxud kimlərəsə özünü reklam etmək”. Elə bu mənada videosu yayılan “avtoş qəhrəman”ımızın da, görüntüləri sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.
Avtosfer.az xəbər verir ki, görüntüləri yayılan 90-DF-026 dövlət nömrə nişanlı, “VAZ 21014” markalı avtomobilin sahibi müxtəlif saatlarda Bakı küçələrində “qan etməklə məşğuldur”. Videodan da göründüyü kimi, qardaşımız bir anlıq özünü “Formula 1” yarış meydançasında hiss edərək “istedad”ını insanlara göstərməyə cəhd edir. Ana qanunu “necə də olmasa “avtoşlar” hər şeyi gözə alır” devizi olan “qəhrəman sürücümüz” videonun yayılmasını, cəriməyə məruz qalmasını, hətta maşınının müsadirə olunmasını da nəzərə alıb. Yenə də bizə düşən öhdəlik “qəhrəman”ımızın timsalında bu hərəkətə baş vuran sürücülərə işin qanuni tərəfini göstərməkdir.
Belə ki, İnzibati Xətalar Məcəlləsinin 342.2.2 maddəsinə, əsasən maşına konstruktiv dəyişikliklərin edilməsi 150 manat məbləğində cərimə ilə nəticələnir və müəyyən olunmuş hallarda maşınının cərimə meydançasına aparılmasına səbəb olur. Bunu nəzərə alaraq, üzümüzü onlara tuta bilməsək də, səsimizi duyuraraq bu yola baş vurmazdan öncə ən azı iki dəfə düşünmələrini deyə bilərik. Unutmayaq ki, “qəhrəman sürücü”lük avtoşluqla deyil, qayda-qanunlara riayət etməklə əldə olunur.
Nərmin Əkbər
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO
Vəsiqəni və avtomobili yeni alan sürücü qəza törətdi – Qazla tormozu səhv salıb - VİDEO
“Bolt” sürücü-sərnişin münasibətlərini necə tənzimləyir? – Şirkət nümayəndəsi AÇIQLADI - VİDEO










