Çindən maşın sifariş edən şəxsi belə aldatdılar – Pul da getdi, maşın da - VİDEO

Avtosfer TV 25 Dekabr 2023 20:08 Oxunub 6716
Çindən maşın sifariş edən şəxsi belə aldatdılar – Pul da getdi, maşın da   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son vaxtlar Azərbaycana Çin və Ərəb ölkələrindən gətirilən avtomobillərə maraq artıb. Belə avtomobillər qeyri-rəsmi dillerlər, həm də bəzi şirkətlər tərəfindən satılır. Lakin bəzi vətəndaşlar iddia edir ki, şirkətlərin bir çoxu dələduzluqla məşğuldur.

Avtosfer.az xəbər verir ki, belə vətəndaşlardan biri də sosial şəbəkə platformasında fenomen olan İsmayıl Hüseynlinin yaxın qohumudur. Onun iddiasına görə “Re-Charge Group” şirkəti instaqram hesabları vasitəsilə (asadzade.sanan) sifarişlər qəbul edib, vətəndaşlar üçün Çindən avtomobillər gətirirlər. Bu sifarişlərdən birini də fenomenin yaxını verib. Avtomobilin qiymətindən əlavə komplektasiyada ediləcək dəyişikliklər üçün də ödəniş edilib. İddialara görə avtomobildə dəyişikliklər düzgün edilməyib. Bu səbəbən şirkətin nümayəndəsi ilə də görüşdükdə qeyd edilib ki, bizlik heç nə yoxdur.

Bloger bildirib ki, bu, haqsızlıqdır: “Baş verənlər göstərir ki, burada saxtakarlıq və dələduzluq faktları var. Bu barədə müvafiq qurumlara məlumat verəcəm və çalışacam ki, şirkət barəsində tədbir görülsün”.

Bəzi vətəndaşlar iddia edir ki, ödəniş olunduqdan sonra ya avtomobil ümumiyyətlə gətirilmir, ya da gətirildikdən sonra maşında ciddi problemlər olur.

Görünən odur ki, avtomobilləri şəxsi şirkətlərdən yox, rəsmi dillerlərdən almaq daha təhlükəsizdir.

Ümid edirik ki, məsələ tez zamanda öz həllini tapacaq. 

Qeyd edək ki, növbəti videoda adı çəkilən şirkət nümayəndəsi ittihamlara cavab verib.

Hər iki videonu təqdim edirik:

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh