Dayanacaqlarda ödəmə terminalları niyə tapılmır? - VİDEO

“BakıKart” var, pul da var, amma ödəmə terminalı yoxdur. Söhbət paytaxtın əksər avtobus dayanacaqlarından gedir.
“Xəbər Ertəsi” vatsap nömrəsinə gələn çoxsaylı şikayətlər əsasında məsələni araşdırıb.
Apardılan sorğu zamanı sərnişinlərin əksəriyyəti bu vəziyyətdən narazı olduqlarını bildirdilər. Onların sözlərinə görə, Xətai rayonu NZS qəsəbəsindəki avtobus dayanacaqlarının heç birində ödəmə terminalı yoxdur. Onlar ya nağd ödəniş qarşılığında kimdənsə kartla ödəmə xahiş etməli, ya da uzaq məsafə qət edib terminal axtarmalı olurlar.
Neftçilər metrostansiyası yaxınlığındakı dayanacaqlarda da ödəmə terminalları yığışdırılıb. Metroya yaxın olduğu üçün sərnişinlər “BakıKart”ın balansını məhz stansiyada artıra bilirlər. Bu da yaşlı insanlara çətinlik törədir.
"Sabunçu rayonu Bakıxanov qəsəbəsində də vəziyyət fərqli deyil."
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumdan “Xəbər Ertəsi”nə bildirildi ki, ödəmə terminallarının avtobus dayanacaqlarından yığışdırılması “BakıKart” və alternativ şirkətin veriyi qərardır. Hazırda sərnişinlər balansı artırmaq üçün daha çox imkanlara sahib olduqlarından bu hal məhdudlaşdırma kimi qiymətləndirilməməlidir.
Əgər əvvəllər yalnız dayanacaqlarda 250-ə yaxın terminal var idisə, hazırda alternativ şirkətin paytaxtın bütün ərazisini əhatə edən 1400-ə yaxın ödəmə terminalı “BakıKart” ödənişini qəbul edir. Yəni sərnişinlər istənilən iaşə obyektində, mağaza və köşklərdə olan adi terminallar vasitəsilə də balansı artıra bilərlər.
Həmçinin, yaxın vaxtlarda sərnişinlərə müasir innovasiyalara uyğun əlavə ödəmə imkanları da təqdim olunacaq.
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











