Dayanma qadağan olunmayan yerdə sürücüyə cərimə yazıldı - ŞİKAYƏT - FOTO - VİDEO
Avtosfer TV
13 İyun 2023 13:29
Oxunub 2090

Dayanma-durma qadağan olunmayan yerdə avtomobilini park edən sürücü cərimələnib. Bu barədə oxucu Avtosfer.az-a şikayət ünvanlayıb. O bildirir ki, idarə etdiyi 90-VF-071 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilini paytaxtın Səməd Vurğun küçəsində qaydalar çərçivəsində park etdiyi halda kamera vasitəsilə ona dayanma-durma cəriməsi tərtib edilib. Protokola əlavə edilmiş fotodan və sürücünün qeydə aldığı videodan da aydın şəkildə görünür ki, küçənin başlanğıcında nə 3.27 nişanı var, nə də ki, dayanma-durmanı qadağan edən digər hal. Sürücü tərtib edilmiş protokolun qanunsuz olduğunu iddia edərək cərimənin ləğv edilməsini xahiş edir.
Fərid
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














