Dəhşətli piyadavurma görüntüsü: niyə ibrət alımırıq? - DYP-dən AÇIQLAMA - VİDEO

Avtosfer TV 10 Yanvar 2024 12:12 Oxunub 6432
Dəhşətli piyadavurma görüntüsü: niyə ibrət alımırıq? - DYP-dən AÇIQLAMA - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son illərdə baş verən yol-nəqliyyat hadisələrinin 50 fazidən çoxu piyadavurmaların payına düşür. Dəfələrlə bu barədə maarifləndirmə işləri aparılır. Bu istiqamətdə müəyyən müsbət nəticələr əldə olunsa da vəziyyətin çox dəyişdiyini deyə bilmərik. Avtosfer.az bu sahədə izləyiciləri maarifləndirmək üçün mütamadi olaraq piyadavurma görüntüləri təqdim edir.

Bu də də paytaxtın Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisində (Aeroport yolu) piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə danışacağıq. Video köhnə olsa da məqsəd hadisənin özünü deyil, nəticəsini təqdim etməkdir. Belə ki, yerüstü piyada keçidi olan yerdə ortayaşlı kişi yolun hərəkət hissəsinə düşmüş əşyanın dalınca gedir. O, yerdən əşyanı götürdükdən sonra geri qayıtmaq əvəzinə dəmir arakəsmələrdən keçib yolu əks istiqamətə keçmək istəyir. Bir avtomobildən xilas olsa da ən sol zolaqla hərəkətdə olan maşın onu vurur. Hadisə nəticəsində piyada dəmir arakəsmələrə çırpılır və əlindəki əşya isə yolun əks istiqamətinə düşür.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli Avtosfer.az-a bildirib ki, DYP piyadaların bu cür yolu keçməsi və həyatlarını təhlükəyə atması ilə bağlı marifləndirmə işləri aparır. “Hətta yolda piyadaları saxlayaraq real görüntüləri təqdim edir və təhlükə barəsində xəbərdarlıq olunur.

Lakin təəssüflər olsun ki, bəzi piyadalar yenə analoji addımı atırlar və nəticədə həm sürücülər, həm də elə piyadaların özü əziyyət çəkir. Ən azı iki ailə bu hadisənin qurbanına çevrilir. Odur ki, təqdim olunan görüntülərə bir daha baxıb ibrət alaq.”

Bird daha qeyd edirik ki, sizin həyatınız bir neçə dəqiqə irəli düşməkdən daha əhəmiyyətlidir.

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh