Dəhşətli qəza: “Qırmızı”dan keçən motosikletçi avtomobilə çırpıldı - VİDEO

Avtosfer TV 8 Avqust 2024 20:32 Oxunub 314
Dəhşətli qəza:  “Qırmızı”dan keçən motosikletçi avtomobilə çırpıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

ABŞ-də dəhşətli motosiklet qəzasının görüntüləri təhlükəsizlik kamerası tərəfindən anbaan qeydə alınıb. Avtosfer.az xəbər verir ki, hadisə Çikaqoda baş verib.

Kadrlarda, hərəkətdə olan minik avtomobilinin və motosikletin yolayrıcına eyni anda daxil olaraq toqquşduğu görülür.

Zərbənin təsirindən motosikletçi havaya qalxaraq asfalta çırpılıb, motosiklet isə hissələrə ayrılıb.

Yerli KİV-in məlumata görə, qəzaya 19 yaşlı motosiklet sürücüsünün işıqforun qırımızı işığından keçməsi səbəb olub.

Bildirilir ki, qəza nəticəsində motosiklet sürücüsü aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh