Dəhşətli qəza; üç maşınla toqquşan “Reno” iki hissəyə bölündü - ANBAAN VİDEO
Avtosfer TV 22 İyun 2020 13:43 Oxunub 2640
Dəhşətli qəza;  üç maşınla toqquşan “Reno” iki hissəyə bölündü - ANBAAN VİDEO
Faktla bağlı araşdırmalara başlanılıb

Rusiyanın Sverdlovsk əyalətində 4 maşının iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə ötən gün “Yekaterinburq – Tümen” trasında qeydə alınıb. 

Məlumata görə, “Renault Logan” markalı minik avtomobili, eyni istiqamətdə hərəkətdə olan “Ford”a çırpılıb. Zərbənin təsirindən əks zolağa çıxan “Renault” daha iki avtomobillə, "Opel" və “Lada” ilə toqquşub. Qəza nəticəsində “Logan” iki hissəyə ayrılıb, sürücü isə dünyasını dəyişib. Bundan əlavə daha 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh