Dəmiryolu vağzalında yeniliklər: parkinqlərin təyinatı dəyişir - VİDEO

Avtosfer TV 19 Mart 2024 10:46 Oxunub 3684
Dəmiryolu vağzalında yeniliklər: parkinqlərin təyinatı dəyişir  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

28 May metrostansiyasının yuxarı tərəfi, yəni Dəmiryol vağzalı istiqamətində olan parkinqlər təyinatını dəyişir. Bu bardə Avtosfer.az-a ADY sədrinin müşaviri Elçin Niyazov məlumat verib. O, bildirib ki, hazırda 72 avtomobillik parkinq bundan sonra sərnişinlərin qarşılanması və yola salınması zamanı istifadə olunacaq. Avtomobillərin burada daimi saxlanmasına icazə verilməyəcək.

Elçin Niyazov onu da əlavə edib ki, hazırda bu istiqamətdə işlər görülür. Yeni şlaqbaumlar quraşdırılıb ki, burada avtomobillərin nömrətanıma sistemi tətbiqü olunacaq. Yəni, vətəndaş içəri daxil olanda avtomatik olaraq nömrə sistem tərərfindən tanınacaq. Əgər vətəndaş 15 dəqiqə müddətində ərazini tərk edərsə heç bir ödəniş etmədən gedə biləcək. 

Ödənişlərə gəlincə isə Elçin Niyazov bildirib ki, tariflərin qismən yüksək olması nəzərdə tutulub. Buna səbəb isə dayanacağın daha çox insanların isifadəsində olmasına zəmin yaratmaqdır. Yəni, avtomobillərin burada gün ərzində, yaxud saatlarla saxlanması olmayacaq. Çünki sürücüyə bu çox baha gəldiyindən analoji addımı atmayacaq. 

ADY rəsmisi onu da bildirib ki, ödənşlər həm xüsusi aparatlar, həm parkinq nəzarətçisi tərəfindən, həm də də xüsusi mobil tətbiq vasitəsilə qəbul ediləcək. 

Elçin Niyazov onu da əlavə edib ki, xüsusilə regionlardan qatarlar gələn zaman insanlar sıxılıqdan əziyyət çəkirdi. Avtomobillərin çoxlıuğu burada hərəkətə imkan yaratmırdı. Bundan sonra isə insanların daha rahat şəkildə hərəkəti təmin ediləcək. 

Orxan Əli

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh