Deputat “Gelandewagen”i ilə QƏZAYA DÜŞDÜ: Avtomobil aşdı - FOTO + VİDEO

Avtosfer TV 8 Mart 2024 20:18 Oxunub 4400
Deputat “Gelandewagen”i ilə QƏZAYA DÜŞDÜ: Avtomobil aşdı - FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sosial şəbəkələrdə “Lada Priora” ilə “Mercedes-Benz G-Class” markalı avtomobillərin iştirakı ilə baş verən qəzanın görüntüləri yayılıb.

Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Volqoqrad vilayəti ərazisində qeydə alınıb.

Kadrlarda, toqquşmanın təsirindən alman maşınının aşdığı görülür.

“Mercedes” markalı avtomobilin sükanı arxasında yerli deputat Denis Xalıbovun olduğu bildirilir.

Vilayət üzrə yol polis idarəsindən verilən məlumata görə, qəzaya “Lada Priora” markalı avtomobilin sürücüsünün işıqforun qırmızı işığından keçməsi olub.

Qəza zamanı “Mercedes”in qadın sərnişini xəsarət alıb və o, xəstəxanaya çatdırılıb.

 

Namiq Musayev

Авто ехавшего за цветами депутата в Волгограде опрокинулось после ДТП —  08.03.2024 — В России на РЕН ТВ

В Сети появилось видео момента ДТП с Mercedes депутата в Волгограде

Машина депутата облдумы перевернулась при ДТП в Волгограде | Новости |  Известия | 08.03.2024

ŞƏRH YAZ
Ad

E-mail

Şərh