"Deputat" maşınıdır deyib "Porsche"ni polislərin üstünə sürən sürücü aradan çıxdı - VİDEO

Polis əməkdaşlarına "Bilirsənmi mən kiməm? Bu, millət vəkilinin maşınıdır" - deyərək avtomobili onların üzərinə sürən şəxs kameralara düşüb. Avtosfer.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində baş verən hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, Güngören rayonunda polis əməkdaşları şəhərsalma işləri ilə əlaqədar yolu bağlayaraq təhlükəsizlik tədbirləri görüb və nəqliyyat vasitələrini alternativ yollara yönəldiblər. Bu arada “Porsche” markalı avtomobili ilə bağlı yoldan keçməyə çalışan şəxs polislərlə mübahisə edib. Yoldan istifadə etməkdə israrlı olan sürücü "Bilirsənmi mən kiməm? Bu, millət vəkilinin maşınıdır" - deyərək polis əməkdaşlarını hədələyib. Yoldan keçə bilməyəcəyini başa düşən sürücü əsəbiləşərək avtomobilinə minib və onu mobil telefon vasitəsi ilə çəkən polis əməkdaşlarının üzərinə sürərək oradan qaçıb.
Polis əməkdaşları avtomobilin nömrəsini qeyd edərək sürücü haqqında şikayət ediblər. Araşdırma zamanı avtomobilin heç bir deputatın qeydiyyatında olmadığı müəyyən edilib.
Hazırda sürücünün tutulması istiqamətində tədbirlər görülür.
Sözügedən hadisənin videosunu təqdim edirik:
Namiq Musayev
Skuterlə təhlükə yaradan azyaşlının valideynləri bölməyə çağırıldı - VİDEO
Kuryer qadın sürücünün qarşısını kəsib döydü, başqa sürücü də onu əzişdirdi - VİDEO
Xanım sürücü qazla tormozu səhv salıb 13 yaşlı uşağı vurdu - VİDEO
Yaşayış zonasında “hoqqa” verən yeniyetmə sürücü qəza törətdi - ANBAAN VİDEO
Qadın sürücü "Range Rover"i aşırdı; xəsarət alanlar var - Bakı-Qazax yolunda qəza – VİDEO
Binanın girişini bağlayan şəxs xanım sürücü imiş - Sakinlər maşınsız qaldı - VİDEO
Sürət yarışına çıxan sürücülər yolu bir-birinə qatdı - VİDEO
“Land Rover”lə toqquşmamaq üçün sürücü maşını bordürə çırpdı, sonra… - VİDEO
"Gelandewagen"də ad gününü qeyd edən azyaşlı tapıldı - ATASI CƏRİMƏLƏNDİ - VİDEO
Yol polisi yoxlamadan qaçan skuterli kuryeri yıxaraq saxladı - VİDEO
Yolayrıcında ağır qəza; yenə "Prius" - Günah kimdədir? – Ekspert İZAH ETDİ - VİDEO










