Deputatdan sürücülərə MÜRACİƏT - Qaydaları pozmayaq, sağlam qalaq - VİDEO

Avtosfer TV 29 Dekabr 2023 15:52 Oxunub 860
Deputatdan sürücülərə MÜRACİƏT - Qaydaları pozmayaq, sağlam qalaq   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Deputat Vuqar İskəndərov Avtosfer.az-ın qonağı olub.

Deputat xalqımızı Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib:

“2023-cü il tarixdə çox uğurlu bir il kimi tarixə qızıl hərflərlə yazılacaq. Qarşıdan yeni il gəlir. 2024-cü ildə hədəflərimiz və çağırışlar var, ölkəmiz bu sahədə də öz inkişaf yolunu gedəcək”.

Vuqar İskəndərov vətəndaşlara müraciət edərək bildirib ki, bayram günlərində vətəndaşlar Bakı və digər yerlərdən turistik bölgələrə və ya öz evlərinə gedərkən sıxlıq yaranır:

“Dəfələrlə müşahidə etmişik ki, belə olduqda insanların bayram ab-havasını pozan qəzalar baş verir.Təəssüf ki, qəzaların sayı bayram və istirahət günlərində bir neçə dəfə artır. Bu statistikanı hər il görürük və narahat oluruq.

Millət vəkili onu da qeyd edib ki, hər birimiz qəza iştirakçısı ola bilərik, çünki sığortalanmamışıq.

“Lakin özümüz özümüzü qoruya bilərik. Bunun üçün çox sadə qaydalar var. Sürücülər ilk növbədə kəmərlərdən istifadə etməli, sürrət həddini aşmamalıdır. Digər bir məsələ isə uzun yollarda 2 saatdan bir stasionar postlarda hərəkətə fasilə verilməli, qısa da olsa istirahət edilməlidir. Bunun üçün Baş Dövlət Yol Polisi çox yaxşı şərait yaradıb. Həmçinin yol hərəkət qaydalarına düzgün riayət etmək lazımdır. Kiçik bir yanlışlıq insanın həyatı üçün çox baha başa gəlir. Ona görə də bayramı gözəl keçirmək, özümüzü və ailəmizi qorumaq üçün bütün bu qaydalara əməl edilməlidir”.

Məhəbbət Tərlanoğlu

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh