Dəyişiklikdən sonra “Şamaxinka”da vəziyyət necədir? - VİDEO

Artıq bir neçə gündür ki, paytaxtın Yasamal və Nəsimi rayonları arasında yerləşən “Şamaxinka” adlanan” ərazidə quraşdırılan işıqforlar müzakirələrə səbəb olub. Bəzi vətəndaşlar ərazidə hərəkətin yenidən təşkilinin səmərəsiz olduğunu, tıxacın həllinin mümkünsüzlüyünü qeyd edib.
Avtosfer.az xəbər verir ki, ərazidən istifadə edən sakinlərdən biri real vəziyyəti göstərib. O qeyd edib ki, ötən gün paylaşdığı fotonun süni intellektlə, montajla düzəldiyini bildirənlər olub. Buna görə də ərazinin son halının videosunu paylaşmaq qərarına gəlib.
Vətəndaşın paylaşdığı videodan da aydın görünür ki, həm 20 Yanvar küçəsi ilə kəsişmədə, həm də geriyə dönmə nöqtələrində tıxac yoxdur. Yalnız həmişəki kimi Xırdalandan şəhər istiqamətində avtomobil axını olduğu üçün məhz o hissədə qismən sıxlıq görünür.
Vətəndaş qeyd edib ki, edilən dəyişikliklərdən sonra həmin sıxlıq da zamanla aradan qalxacaq. Hazırkı vəziyyət isə “Şamaxinka”nın ilk ən az sıxlıqsız halıdır, dəyişikliklərə isə sürücülər zaman keçdikcə öyrəşəcək.
Səfər
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO
Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO
Zəngəzur dəhlizinin dəmir yolu hissəsində işlər nə yerdədir? - Son görüntülər - VİDEO
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan GÖRÜNTÜLƏRİ - VİDEO
Məşhur Formula 1 pilotu Bakıda skuter sürdü - VİDEO












