DİN-dən 4630 manat cəriməsi olan sürücü barədə AÇIQLAMA - VİDEO

Daxili İşlər Nazirliyi 4630 manat cərimə borcu olan sürücü barədə açıqlama verib.
Nazirliyini şöbə rəisi, polis mayoru Elşad Hacıyev Avtosfer.az-a bildirib ki, sözügedən material ilə bağlı araşdırma aparılıb. "Nəqliyyat vasitəsini idarə edən sürücü yol polisi əməkdaşı deyil. Bununla belə məlumat nəzarətə götürülüb. Avtomobil saxlanılaraq sürücü barəsində inzibati qaydada tədbir görüləcək və cərimənin ödənilməsi təmin ediləcək."
Xatırladaq ki, maşınını etibarnamə ilə polis əməkdaşına satan şəxs Bakı şəhər sakini Rövşən Məmmədov Avtosfer.az saytına müraciət edərək bildirib ki, atası Xudayat Məmmədovun mülkiyyətində olan 10-RA-282 qeydiyyat nişanlı “Nissan Maxima” markalı avtomobili etibarnamə ilə yol polisi əməkdaşı Əliyev Natiq Zahid oğluna satıb. Lakin 1 il ərzində avtomobili öz adına rəsmiləşdirmədiyi üçün etibarnamə qüvvədən düşüb və o vaxtdan da avtomobili etibarnaməsiz idarə edir.
R.Məmmədovun sözlərinə görə maşının hazırkı sahibininin törətdiyi xətalara görə tərtib edilmiş elektron qərarların hamısı onun atasının adına rəsmiləşdirilir. O, bu barədə dəfələrlə Dövlət Yol Polisi İdarəsinə müraciət etməsinə baxmayaraq avtomobilin mühafizə olunan duracağa yerləşdrilməsi təmin edilmir.
Qeyd edək ki, hal-hazırda sözügedən avtomobilin üzərində ödənilməyən 4630 manat cərimə mövcuddur.
Ümid edirik ki, qısa zaman ərzində həmin avtomobilin mühafizə olunan duracağa yerləşdirilməsi təmin ediləcək və tərtib edilmiş elektron qərarlar xətanı törədən sürücünün adına rəsmiləşdiriləcək.
Avtosfer.az-ın araşdırmasına görə, avtomobilin hazırkı sahibinin yol hərəkəti qaydasını kobud şəkildə pozaraq birtərəfli yolun əksi istiqamətinə hərəkət etməsi ilə bağlı sosial şəbəkədə videoları da dərc edilib. Həmin videogörüntünü təqdim edirik:
Emin
.jpg)
Motosikleti bir təkər üzərində sürən şəxsi polis saxlayıb cərimələdi - VİDEO
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO















