DİN ekologiyaya ziyan vuranları aşkarladı - FOTO

Polis əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumu ilə birgə ekoloji təhlükəsizlik və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, avqustun 12-də paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində keçirilən tədbir zamanı köhnə kərpic zavodu adlanan əraziyə “Mersedes” markalı yük avtomobilindən tullantıların boşaldılması müəyyən edilib.
Avqustun 13-də paytaxtın Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində keçirilən növbəti tədbirlər nəticəsində “Kamaz” markalı yük avtomobili ilə qum təbəqəsinin dənizdən çıxarılması faktı aşkar olunub.
Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə, eləcə də icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə edilməsinə görə hər iki yük avtomobilinin sürücüsü barədə inzibati tənbeh tədbiri tətbiq edilib.
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO
Vəsiqəni və avtomobili yeni alan sürücü qəza törətdi – Qazla tormozu səhv salıb - VİDEO
“Bolt” sürücü-sərnişin münasibətlərini necə tənzimləyir? – Şirkət nümayəndəsi AÇIQLADI - VİDEO












