Məşhur marketlər çimərlik yollarında təhlükə yaradır - Yol polisinin gözü qarşısında - VİDEO

Çimərlik yollarında faciə ilə sonlanacaq hadisələrin olması qaçılmazdır. Bunu bilmək üçün ekstrasens olmağa ehtiyac yoxdur. Görüntülər göz qabağındadır.
Avtosfer.az-ın kamerasından yan keçməyən görüntülər ürək ağradandır. Yay mövsümü başlayandan insanların dənizə axın etməsi normal hal olsa da, təhlükəli davranışları normadan artıqdır. Söhbət çimərlik yollarının üzərində yerləşən supermarketlərin qarşısında eyni anda 10-15 avtomobilin parklanmasından gedir. Marketdən istifadə etmək üçün yolun yarısını zəbt edən sürücülər yəqin ki, Qaradağda baş verən qəzadan xəbərsizdirlər. Bir avtomobilin balaca bir səhvi onlarla insanın həyatına son qoya bilər. Günah sürücüdədir yoxsa yolun kənarında biznes yaradan market sahiblərində?
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli yay mövsümü ilə əlaqəli iaşə obyektlərinə, istirahət zonalarına avtomobillə səfər edən vətəndaşların sayının yetərincə artdığını bildirib. Onun sözlərinə görə, həmin sürücülər arasında ciddi şəkildə qayda pozub, yol kənarı ərazilərdə nəqliyyat vasitələrini nizamsız qaydada, hətta yolun ikinci və üçüncü zolaqlarında park edib digər sürücülərə çətinlik yaradanlarda az deyil. Baş inspektor onu da qeyd etdi ki, “Sürücülərin diqqətinə çatdırmaq istəyirik ki, təhlükəsizliyin qorunması naminə hər bir kəs öz hərəkətini ümumi istifadədə olan yollarda nəzərdə tutulmuş qaydalara riayət etməklə davam etdirsinlər”
Qeyd edək ki, ərazidə YPX əməkdaşları olmasına baxmayaraq sürücülər göstərişlərə məhəl qoymur.
Nurlan Sakitoğlu
Nərmin Əkbər
Yol polisini 300 metr sürüyən sərxoş sürücü saxlanıldı – 6 protokol yazıldı - VİDEO
Avtoxuliqanlıq edən yeniyetməyə qarşı cinayət işi açıldı; 7 ilədək həbs cəzası... - VİDEO
Gəncədə azyaşlıya maşın verən şəxs CƏZALANDIRILDI - VİDEO
Sükan arxasında yuxulayan sürücü ağır qəza törətdi - 4 nəfər öldü - VİDEO
“Lada” sürücüsü qəfil manevr edərək süpürgəçini vurdu – Polis səbəbini araşdırır - VİDEO
Prospektdə xaos: Toy korteji yolu bağladı - VİDEO
Parkda “Lexus”la şou göstərən məktəbli saxlanılıdı - VİDEO
Süni intellektin nəqliyyatda tətbiqi sürücü xətalarının qarşısını ala bilər? - VİDEO
Dələduzun toruna düşən vətəndaş maşınları yandırıb cinayət törətdi - VİDEO
Böyükşor-Pirşağı yolunda yarışan “Mercedes” sürücüləri təhlükə saçdı - VİDEO
Polis piyadanı vurub qaçan sürücünü axtarır - VİDEO










