Dörd il əvvəl ölən kişinin adına radar cəriməsi gəldi - Oğlu qəbristanlığa getdi - VİDEO

4 il əvvəl vəfat edən şəxsin adına radar cəriməsi gəlib. Bu hadisə Sabirabad rayonunda baş verib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdən məlum olur ki, oğul 4 il öncə vəfat etmiş atası Əliyev Elman Mirzəxan oğlunun məzarına gedərək, adına ikinci dəfə radar cəriməsi gəldiyini deyib.
Avtosfer.az bildirir ki, belə halda Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məsuliyyət daşımır. Çünki vəfat edən şəxsin ailə üzvləri ölüm kağızı ilə BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsinə yaxınlaşmalı və vərəsəlik hüququndan istifadə edərək nəqliyyat vasitəsini öz adlarına keçirilməlidir. Görünür vəfat edən şəxsin ailə üzvləri bu poroseduru həyata keçirməyib və avtomobil ölən şəxsin adında qalıb və xüsusi texniki vasitələrin qeydə aldığı inzibati xətalar ölən şəxsin adına rəsmiləşdirilib.
Görüntüləri təqdim edirik:
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











