Dörd şəhidi olan kəndin bərbad yolu; "UAZ"la 10 manata gedirlər - VİDEO

Yardımlı rayonunun Kürəkçi kəndinin sakinləri yolsuzluqdan əziyyət çəkir.
Məsələ ilə bağlı yerli sakinlər Avtosfer.az-ın qaynar xəttinə müraciət ediblər. Kənddə 4 şəhid var, lakin rayon camaatı onların qəbirlərini və ailələrini gedib ziyarət edə bilmir. Səbəb isə yolun bərbad vəziyyətdə olmasıdır. Sakinlərin sözlərinə görə ərazidə yağış yağan zaman bu yoldan keçmək demək olar ki, mümkün deyil.
Problemlə bağlı Yardımlı rayon İcra Hakimiyyətinə müraciət etdik. Zəngimizə cavab verən şəxs öncə mətbuat şöbəsinə, onlar da ümumi şöbəyə yönləndirdilər. Lakin aldığımız cavab yox birinci müavinin nömrəsi oldu. Qeyd olunan şəxsisə telefon zənglərinə cavab vermədi. Bir sözlə telefonla şöbələri gəzdikdən sonra heç bir cavab ala bilmədik. “Problemin aradan qaldırılması ilə bağlı hansı planlar var? Ümumiyyətlə belə bir plan varmı?” sualları isə elə sual olaraq da qalır. Nəticədə vətəndaş əziyyət çəkir.
4 kilometrlik yolu, bir nəfəri 10 manata aparan “UAZ” sürücüləri isə yolun bərbad olduğunu əsas gətirir.
Nurlan Sakitoğlu
Nərmin Əkbər
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











