“Drift” edən “BMW” beton dirəyi aşırdı; 3 nəfər ölüb – FOTO + VİDEO

Rusiyanın Krasnodar şəhərində minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 19-da günorta saatlarında “Çekistlər” prospektində qeydə alınıb.
Məlumata görə, şəxsiyyəti müəyyənləşdirilməyən sürücü yüksək sürətlə idarə etdiyi qızılı rəngli “BMW” markalı minik avtomobili ilə, sözügedən küçədə hərəkətdə olarkən, təhlükəli tryuklar edib və sükan idarəetməsini itirərək yol kənarındakı betondan işıq dirəyinə çırpılıb.
Zərbənin şiddətindən dirək yolun hərəkət hissəsinə aşıb, avtomobil isə deformasiyaya uğrayıb.
Hadisə şahidi bildirib ki, qəza anında avtomobildə sürücü ilə birlikdə 3 nəfər olub.
Yerli KİV-in yazdığına görə, qəza nəticəsində 2 nəfər hadisə yerində, daha 1-i isə xəstəxanada dünyasını dəyişib.
Namiq Musayev


Motosikleti bir təkər üzərində sürən şəxsi polis saxlayıb cərimələdi - VİDEO
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO











