Dron vasitəsilə batan üzgüçülər xilas edildi - VİDEO
İki üzgüçü güclü dalğa səbəbindən sahildən 700 metr aralı düşüblər və geri qayıda bilməyiblər. “Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, bu zaman “Little Ripper” adlı dron məşq edən xilasedicilər batan üzgüçülər haqqında siqnal qəbul ediblər. Batmaqda olan üzgüçülərin olduqları yerə dron göndərilib və onlara xilasedici sal atılıb. Üzgüçülər salı tutaraq onun vasitəsilə sahilə çıxıblar. Bu proses dronda olan kamera vasitəsilə qeyd olunub. Xilasedicilərdən biri qeyd edib ki, bu cür xilasetmə əməliyyatı insanlar vasitəsilə bir neçə dəqiqə daha çox vaxt aparacaqdı. Lakin dron vasitəsilə bu əməliyyat 2 dəqiqədə görülüb.
Qeyd etmək lazımdır ki, xilasedicilər adi istehlakçı dronundan istifadə etməyiblər. Onlar “Little Ripper” adlı xüsusi xilasedici drondan istifadə ediblər. Bu dron süni zəka sisteminə sahibdir və köpək balıqlarının insanlara hücumlarının qarşısını almaq üçün sahil boyu əraziləri nəzarətdə saxlamaq üçün istehsal olunub. Dron kamera vasitəsilə köpək balığının formasını 90% dəqiqliklə təyin edə bilir. Dronun korpusunda isə avtomatik hava ilə dolan xilasedici sal var. Bu dron bir dəfə şarj olunmaqla 150 dəqiqə uça bilir.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












