Dubay küçələrində polisləri robot patrullar əvəz edəcək - VİDEO

Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri sayılan Dubayın polisi bu ilin sonunda şəhərin küçələrinə robot patrullar: robomobillər – "O-R3"-lər buraxmaq niyyətindədir. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə "The Verge" nəşri yazıb. Təkərli robot O-R3 kamerayla, məsafədən ötürücülərlə, teplovizirlə və digər avadanlıqlarla təchiz olunub. Robomobil yüksək keyfiyyətli texnologiya ilə təchiz edilməsi sayəsində öz yolundakı maneələri müəyyən etməyə qadirdir. O, habelə şübhəli predmetləri, qayda pozucularını, avtomobillərin nömrələrini, sahibsiz əşyaları qeyd etməyə və piyadaları müəyyən etməyə qadirdir. Ehtimal edilir ki,O-R3 xüsusi rejimdə işləyərək avtomobilləri və insanları qeydə almaqla şəhərin küçələrində hərəkət edəcək. "Polis" həm də pilotsuz aparatla təmin olunacaq. "Biz bu texnologiyaların köməyi ilə əməliyyatların miqyasını artırmağa çalışırıq. Əslində biz küçələrin hətta ağır polis patrulu olmadan, təhlükəsiz və dinc olmasına çalışırıq", - deyə Dubay polisinin komandanı, general-mayor Abdulla Xəlifə Əl-Marri vurğulayıb.
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO
Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO
Zəngəzur dəhlizinin dəmir yolu hissəsində işlər nə yerdədir? - Son görüntülər - VİDEO
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan GÖRÜNTÜLƏRİ - VİDEO
Məşhur Formula 1 pilotu Bakıda skuter sürdü - VİDEO












