Dubayda uçan taksilər - VİDEO

Bu ilin iyulunda Dubayda uçan taksilər fəaliyyətə başlayacaq. Modern.az virtualaz.org-a istinadən xəbər verir ki, Çinin Ehang şirkətinin istehsal etdiyi dronlar pilotsuz, bir yerlik olacaq. Dubayın Yol və Nəqliyyat Qurumunun məlumatına görə, elektrik mühərriki ilə çalışan dronları artıq şəhərdən kənarda - səhrada sınaqdan keçirilərkən görənlər olub. Hələ ki layihənin detalları ictimaiyyətə tam açıqlanmayıb. Dubayın bu futuristik layihəsi özü hərəkət edən müxtəlif növ nəqliyyat vasitələrinə geniş meydan vermək planının tərkib hissəsidir. 2030-cu ilə qədər Dubaydakı bütün nəqliyyat vasitələrinin dörddə birinin sürücüsüz maşın və pilotsuz dron olması planlaşdırılır. Dronlar 100 kiloqrama qədər yük qaldıra biləcək. Yəni bir sərnişin və onun əl baqajını. Sərnişin şəhərdə getmək istədiyi yeri özü smart monitorda seçə biləcək.
8 propellerli dron saatda 100 km. sürətilə uçacaq. Düzdür, başqaları yerdə, yollarda tıxaca düşən vaxt dron taksiyə minənlər asanlıqla mənzil başına çatacaq. Amma batareya 30 dəqiqəyə boşalır, ona görə də dronlardan uzaq məsafələrə uçmaq üçün istifadə etmək mümkün olmayacaq. Marşrutlar və uçuş yerdəki idarəetmə mərkəzindən izlənəcək.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












